Belediyye.infonun suallarını imişli regional ədliyyə idarəsinin rəisi, ədliyyə müşaviri Hakim Məmmədov cavablandırır. Regional idarənin yurisduksiyasına imişli, Saatlı, Beyləqan, Füzuli və Biləsuvar rayonlarında formalaşan 146 bələdiyyə daxildir.
idarə rəisiylə söhbətimizdə diqqəti cari ilin altı ayı ərzinbdə görülən işlərə çəkdi:
-Regional idarə olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri bələdiyyələrə inzibati nəzarət və metodoloji yardım təşkil edir. Qeyd edim ki, 2017-ci ilin birinci yarımili ərzində imişli regional ədliyyə idarəsinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 155 (qalıq nəzərə alınmaqla) müraciət daxil olub.
Onlardan 138-i Bələdiyyələrlə iş mərkəzindən, 1-i imişli rayon prokurorluğundan, 1-i Milli Məclisdən, 15-i isə bilavasitə vətəndaşlardan daxil olub. Daxil olan müraciətlərin 75-i torpaq mübahisəsi ilə bağlı, 69-u bələdiyyə sədrinin qanunsuz hərəkətləri ilə bağlı, 2-si bələdiyyədən əmək haqqını ala bilməməsi ilə bağlı, 9-u isə digər müraciətlər təşkil edib.
Onlardan 47-i müraciət üzrə əsaslandırılmış cavab verilmiş, 4-ü müsbət həll edilmiş, 4-ü qismən həll edilmiş, 64 müraciət əsassız hesab olunmuş, 12-si baxılmamış saxlanılmış, 8 müraciət təkrar olduğu üçün işə alınmış, 2 müraciət araşdırılaraq bələdiyyələrə tövsiyə göndərilmiş, 14 müraciət isə icraatda olmuşdur.
inzibati nəzarətə gəlincə deməliyəm ki, 2017-ci ilin birinci yarımili ərzində inzibati nəzarət qaydasında 2 araşdırma aparılıb.
Beyləqan rayonu Qaradonlu və imamverdili bələdiyyəsində müraciət əsasında idarə tərəfindən araşdırma aparılmış, araşdırma zamanı cinayət əlamətləri olan faktlar aşkar olunmamışdır. Araşdırmanın nəticəsi barədə Bələdiyyələrlə iş mərkəzi rəsmi məlumatlandırılmış, araşdırma ilə əlaqədar bələdiyyəyə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə tövsiyə göndərilmişdir.
Bununla yanaşı idarəyə ünvanlanan aktlar da əməkdaşlarımız tərəfindən ciddi şəkildə öyrənilmişdir.
2017-ci ilin birinci yarımili ərzində idarəyə 1.547 bələdiyyə aktı daxil olmuşdur. 1482 akt işə alınmış, 54 akt idarənin təklifi əsasında bələdiyyələr tərəfindən ləğv edilmiş, 3 akt idarənin təklifi əsasında bələdiyyələr tərəfindən dəyişdirilmiş, 8 təklif isə baxılmaqdadır. Bələdiyyələrə aktlarla bağlı 26 tövsiyə göndərilmiş, 20 tövsiyə bələdiyyələrdə müzakirə edilmiş, 6 tövsiyə isə baxılmaqdadır.
Ləğv edilən qanunsuz qərarlar nəticəsində mülkiyyətə verilməsi üzrə 6,18 ha, icarəyə verilməsi üzrə 105,89 ha torpaq sahəsi bələdiyyələrin mülkiyyətinə qaytarılmışdır. Bələdiyyələr tərəfindən istifadəyə torpaq sahəsi verilməmişdir.
Mütləq təqdim edilməli olan bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etmədiklərinə görə 4 bələdiyyə sədri barəsində Azərbaycan Respublikası iXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək tədbir görülməsi üçün müvafiq məhkəmələrə göndərilmişdir. 3 bələdiyyə sədri barədə məhkəmə tərəfindən inzibati tənbeh tədbirləri görülmüşdür. 1 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokol məhkəmənin icraatındadır. Yarımil ərzində təkrar inzibati xəta protokolu tərtib edilməmişdir.
2017-ci ilin birinci yarımili ərzində təqdimat, məhkəmələrdən xüsusi qərardad daxil olmamışdır.
idarəmiz bələdiyyələrə metodoloji yardım plan üzrə işlər həyata keçirilib. Hesabat dövrü ərzində idarə tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik kömək göstərilməsi məqsədilə 6 seminar-müşavirə keçirilmişdir. Seminarların mövzusu Bələdiyyələrlə iş mərkəzinin təklif etdiyi mövzuların sırasından seçilmişdir. Seminar və kurslarda ümumilikdə 388 nəfər bələdiyyə nümayəndəsi iştirak etmişdir.
Bununla bağlı ətrfalı məlumat vermək istərdim:
-10.02.2017-ci il tarixdə idarənin inzibati binasında “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında imişli rayonu üzrə bələdiyyə nümayəndələri üçün seminar-müşavirə keçirilmiş, seminar-müşavirədə 58 nəfər bələdiyyə nümayəndəsi, imişli rayon iH-nin məsul əməkdaşı iştirak etmişlər.
- 15.02.2017-ci il tarixdə Saatlı şəhərində, Gənclər mərkəzində “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar-müşavirə keçirilmiş, seminar-müşavirədə 46 nəfər bələdiyyə nümayəndəsi, Saatlı rayon iH-nin məsul əməkdaşı iştirak etmişlər.
- 22.02.2017-ci il tarixdə Beyləqan şəhəri, Gənclər mərkəzində “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar-müşavirə keçirilmiş, seminar-müşavirədə 99 nəfər - bələdiyyə nümayəndəsi, Beyləqan rayon iH-nin məsul əməkdaşı və icra nümayəndələrinin müavinləri iştirak etmişlər.
- 24.02.2017-ci il tarixdə Biləsuvar şəhərində Heydər əliyev adına Mərkəzdə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar-müşavirə keçirilmiş, seminar-müşavirədə 61 nəfər - bələdiyyə nümayəndəsi, Biləsuvar rayon iH-nin məsul əməkdaşı və icra nümayəndələrinin müavinləri iştirak etmişlər.
-28.02.2017-ci il tarixdə Füzuli şəhərində Heydər əliyev adına Mərkəzdə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar-müşavirə keçirilmiş, seminar-müşavirədə 42 nəfər bələdiyyə nümayəndəsi, Füzuli rayon iH-nin məsul əməkdaşı iştirak etmişlər.
-ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 08.05.2017-ci il tarixdə imişli regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan rayonların bələdiyyələrin mühasibləri üçün idarənin inzibati binasında “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr və “Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması” barədə seminar keçirilmişdir. Tədbirdə 82 nəfər bələdiyyə nümayəndəsi (mühasiblər) iştirak etmişlər.
imişli regional ədliyyə idarəsi yurisdiksiyasına aid olan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və metodoloji yardım daim lazımı səviyyədə keçirilməsi var qüvvmizlə çalışacağıq.
Belediyye.info